
Негізгі бет /
БАҚ біз туралы
26.11.2025 UNEC Qazaxıstan universitetləri ilə tərəfdaslıq əlaqələrini genişləndirir
Azərbaycan Dovlət İqtisad Universitetinin (UNEC) numayəndə heyəti Qazaxıstanın aparıcı ali təhsil muəssisələri ilə əməkdaslıgın genisləndirilməsi və yeni tərəfdaslıq imkanlarının muzakirəsi məqsədilə Qazaxıstanda isguzar səfərdə olublar. Səfərdə UNEC-in Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov, direktor müavini dosent Leyla Hacıyeva, Tədqiqat mərkəzlərinin isinin əlaqələndirilməsi və təskili sobəsinin mudiri Rəna Huseynova, Omurboyu Təhsil Mərkəzinin rəhbəri Fuad Qasımov və Maliyyə və muhasibat fakultəsinin dekan müavini dosent Azər Qarayev istirak ediblər. Səfər cərcivəsində nümayəndə heyəti Qazaxıstanın Kunayev Universiteti, Abay adına Qazax Milli Pedoqoji Universiteti və Turan Universiteti ilə goruslər kecirib. Goruslərdə universitetlərarası əməkdaslıq, elmi-tədqiqat fəaliyyətləri və akademik mübadilə imkanları müzakirə olunub. UNEC-in Qazaxıstanla əməkdaslıgının gucləndirilməsi beynəlxalq tərəfdaslıq səbəkəsinin genislənməsinə, elmi və tədris imkanlarının artırılmasına, həmcinin tələbə və muəllim heyəti ucun yeni perspektivlərin formalasmasına tohfə verəcək.
|